Fəxri ad alan bir qrup memara orden və medallar təqdim olundu – FOTO

Fəxri ad alan bir qrup memara orden və medallar təqdim olundu – FOTO

Hazırda oxunan: Fəxri ad alan bir qrup memara orden və medallar təqdim olundu – FOTO
56866
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu münasibətlə Azərbaycan Memarlar İttifaqının binasında təltifetmə mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.
O, bildirib ki, 2021-ci il dekabrın 17-də imzalanmış müvafiq Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.

Nazir memarlara vəsiqələri və təltifləri təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO