“Qurani-Kərim” kitabını tərcümə edən Vasim Məmmədəliyevin doğum günüdür

Hazırda oxunan: “Qurani-Kərim” kitabını tərcümə edən Vasim Məmmədəliyevin doğum günüdür

34421

Bu gün avqustun 27-də akademik Vasim Məmmədəliyevin doğum günüdür.

Bizim.Media xəbər verir ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 

O, 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olub, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub. 

Vasim Məmmədəliyev 1991-ci ildən ömrünün sonuna qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olub.
 

Elm və təhsildə səmərəli fəaliyyətinə görə “Şöhrət” və “Şərəf” ordenləri, “Yusif Məmmədəliyev” və İran İslam Respublikasının “Şəhriyar” qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.


Alimin işıq üzü görmüş son biblioqrafiyasında onun 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. 

1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. 

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO