Laçında rəqs festivalı keçiriləcək - FOTO

Laçında rəqs festivalı keçiriləcək - FOTO

Hazırda oxunan: Laçında rəqs festivalı keçiriləcək - FOTO
261265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçında gənclər və uşaqlar arasında “Qarabağda Zəfər Rəqsi” adlı rəqs festivalı və yarışı keçiriləcək. Bakı Abadlıq Xidmətinin mədəni layihəsi olan festival və yarış Laçındakı Seyrangahda baş tutacaq.

Bizim.Media xəbər verir ki, iyulun 27-də təşkil olunacaq tədbirdə Bakı, Naxçıvan, Şəki, İmişli, Mingəçevir, Gəncə, Göyçay, Ağcabədi, Xudat və Sumqayıt şəhərlərindən gələcək rəqs kollektivləri də daxil olmaqla festivalda 300-ə qədər qonağın iştirak edəcəyi gözlənilir.

Tədbirə dəvət olunan peşəkarlar öz sahələrindəki ən yaxşıları seçəcəklər.
 

Kollektivlərin təqdim etdiyi rəqslər, “Cəngi” Dövlət Rəqs Ansamblının baş xoreoqrafi Fərhad Əliyev, rəqqas, aktyor Xəyal Kərimbəyli, Azərbaycan Cheerleading Federasiyasınin məşqçi hakimi Ülviyyə Əlizadədən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək.


“Müasir İncəsənət və Rəqs Qrupları” MMC, Bakı Abadlıq Xidməti, “Yurd” rəsm qalereyası və “Dekor Qaleri Bakı”nın təşkilatçılığı ilə keçiriləcək tədbirə hər bir şəhər sakini, həmçinin həftə sonunu Laçında keçirən hər turist dəvətlidir.

Laçında rəqs festivalı keçiriləcək - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO