Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO

Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO

Hazırda oxunan: Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO
170173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana təbriklərini çatdırıb.

Qeyd olunub ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib. 

Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib, xatirə şəkli çəkdirilib.

Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO - foto 1
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO - foto 2
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - FOTO - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO