Mədəni İrs Forumu çərçivəsində

Mədəni İrs Forumu çərçivəsində "Qarabağ incəsənət düşərgəsi" sərgisi TƏŞKİL OLUNUB - FOTO

Hazırda oxunan: Mədəni İrs Forumu çərçivəsində "Qarabağ incəsənət düşərgəsi" sərgisi TƏŞKİL OLUNUB - FOTO
169655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18-19 dekabr tarixlərində keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” Sarayında "Qarabağ incəsənət düşərgəsi" adlı rəssam və heykəltaraşların əsərlərindən ibarət sərgi təşkil olunub. 

Bizim.Media xəbər verir ki, sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş Qarabağa təşkil olunan səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb.

Ekspozisiyada həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltəraşlıq nümunələri maraq doğurur. 

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar maddi mədəniyyət nümunələri kimi təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır. 
Sərgidə həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.

Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Mədəni İrs Forumu çərçivəsində
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO