Bakı

Bakı "Təbrizin səsi"ni DİNLƏDİ - FOTO

Hazırda oxunan: Bakı "Təbrizin səsi"ni DİNLƏDİ - FOTO
167441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təbrizin məşhur "Dalğa" musiqi qrupu Bakının qonağı olub. Dekabrın 4-ü Heydər Əliyev Sarayında cənublu aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupunun konserti keçirilib.

Bizim.Media xəbər verir ki, konsert "Təbrizin səsi" adlanıb.

Konsertdə tamaşaçılarla yanaşı, Milli Məclisin üzvləri, elm adamları, şairlər və yazıçılar iştirak ediblər. Akademik Nizami Cəfərov, professor Misir Mərdanov, deputat Sabir Rüstəmxanlı çıxış edərək aşıq musiqisinin fəlsəfəsindən söz açıblar.

Bu dəfəki konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələrək aşıq musiqisini sevənlərə əsl bayram ovqatı yaşadıblar.

Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı səhnəyə çıxıblar.

Quzeyli aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı və digər sənətçilər konsertdə Çingiz Mehdipurun bəstələrini ifa ediblər. Həmçinin, konsertdə tamaşaçılara yeni mahnılar təqdim olunub.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO