Heydər Əliyev Sarayının sabiq direktoruna yeni VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Heydər Əliyev Sarayının sabiq direktoruna yeni VƏZİFƏ VERİLDİ

165769

Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.
Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO