Türkdilli dövlətlərin gənc energetikləri Hadrutda bir araya gəldilər

Hazırda oxunan: Türkdilli dövlətlərin gənc energetikləri Hadrutda bir araya gəldilər

160568

Xocavənd rayonunun Hadrut qəsəbəsində türkdilli dövlətlərin gənc energetikləri arasında"Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilir.

Bizim.Media xəbər verir ki, yarışmanı "Azərişıq" ASC Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil edib.

Yarışmaya Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.

Yarış iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Tədbir iştirakçıları daha sonra açılış mərasimində iştirak etmək üçün Hadruta yola düşüblər. Açılış mərasimində ölkələrin təqdim edilməsindən sonra Dövlət Himni səsləndirilib.

Daha sonra Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişığ"ın işğaldan azad olunmuş ərazilərdə gördüyü yenidənqurma işləri haqda məlumat verilib. Həmçinin H.Əliyevin Azərbaycanın enektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib.
Rəsmi hissə başa çatdıqdan sonra yarışmaya start verilib. Qardaş ölkə Türkiyədən iki komanda “Uludağ” və “Başkənt" yarışda iştirak edib. Yarışın ilk günündə elektroenergetikanın tarixi, inkişafı, müasir vəziyyəti mövzusunda tərtib olunmuş intellektual suallar cavablandırılıb.

İntekllektual yarışma başa çatdıqdan sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO