Füzulidəki bayram konserti atəşfəşanlıqla BİTDİ - YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Füzulidəki bayram konserti atəşfəşanlıqla BİTDİ - YENİLƏNİB - FOTO/VİDEO 

160311

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb. 

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda "Natiq" ritm qrupu və müğənni Murad Arifin Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub. 

Tamaşaçılar ifaları hərarətlə qarşılayıblar. Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb. 

*** 19:58

Füzuli şəhəri günü münasibətilə atəşfəşanlıq olub. 

Bizim.Media xəbər verir ki, şəhər günü ilə bağlı proqram iki hissədən ibarət olub. 

Birinci hissədə 8 guşədən ibarət "Füzuli hücrələri" adlı bədii kompozisiya, həmçinin Ümummili Lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, "Yedditəpə kurqanlar" abidəsinə, "Azərxalça"ya aid sərgilərlə yanaşı, konsert proqramı və meydan səhnəciyi nümayiş olunub. 

Daha sonra proqramın ikinci hissəsi başlayıb. 

Burada “Natiq ritm qrupu”nun repertuarından "Dəmir yumruq" kompozisiyaı və digər bir neçə ritmik mahnı səsləndirilib. Proqrama Füzuli şəhər günü münasibətilə atəşfəşanlıqla yekun vurulub. 
Qeyd edək ki, Füzuli şəhər günü Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 




































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO