Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO  

Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO  

Hazırda oxunan: Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO  
136709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ölməz Cəfər Cabbarlının muzeyimizdəki 16 eksponatı artıq işlənilmək üzrədir. Eksponatların hamısını bədii tərtibat verilməsi üçün Mədəniyyət Nazirliyinin Muzey eksponatlarının bərpası şöbəsinə təhvil vermişik". 

Bunu Bizim.Media-ya Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin direktoru Həcər Rəsulova Beynəlxalq Muzeylər günü ilə bağlı deyib. 

Onun sözlərinə görə, mədəniyyət naziri Adil Kərimlinin göstərişi ilə 2019-cu ildən təmirə dayanan muzeyin eksponatlarına bədii tərtibat verilməsi işlərinə başlanılıb. Artıq 16 eksponatdan 6-sı nümayiş edilmək üçün hazırdır və sabah paytaxtdan gətirilib muzeyə düzülməsi təmin ediləcək. 
Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlının ata evində yerləşən muzeyin eksponatlarına bədii tərtibat verilməməsi məsələsini ilk olaraq Bizim.Media işıqlandırıb və yeni təyin olunan nazir Adil Kərimli sələflərindən fərqli olaraq məsələyə müsbət reaksiya verib.

Həcər Rəsulova bu gün muzeyin həyətində Beynəlxalq Muzeylər günü ilə bağlı Xızı sakinləri üçün maraqlı tədbir düzənləndiyini də bildirib.

Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO   - foto 1
Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO   - foto 2
Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO   - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO