“Sony Xperia Z3” smartfonları Azərbaycana gəlir

“Sony Xperia Z3” smartfonları Azərbaycana gəlir

Hazırda oxunan: “Sony Xperia Z3” smartfonları Azərbaycana gəlir

55349
Sentyabr ayının gəlməsi ilə  texnoloji sahədə canlanma müşahidə olunur. Belə ki, bir-birinin ardınca yeni telefon modelləri istifadəçilərə təqdim edilməyə başlandı.
 
Moderator.az  xəbər verir ki, bu yeniliklərdən biri də texnologiya nəhəngi "Sony" tərəfindən təqdim edildi. "Z2" modelinin təqdimatından çox az müddət keçmiş,  Berlində "Xperia Z3" modelinin təqdimatını keçirməklə, istifadəçilərə sürpriz edən "Sony", yenə də diqqəti öz üzərinə çəkməyi bacardı.
 
Dünyanın ən yaxşı foto və video kamerasını 4K çəkiliş xüsusiyyəti ilə özündə birləşdirən "Xperia Z3" modeli, 20.7 MPX arxa, 2.2 ön kameraya malikdir.   Full HD (1920x1080 piksel)  5.2 düymlük ekranı olan telefon, 152 qram, 7.35 mm qalınlıqda olmaqla, indi daha incə və  daha yığcamdır. 3100 mAH batareya ilə təchiz edildiyinə görə, bütün gün ərzində enerji saxlama qabiliyyətinə malikdir.
 
Dörd fərqli rəngdə satışa buraxılacaq bu telefon, 3Gb RAM-a, 16 Gb daxili yaddaş və 128 GB yaddaş kartını dəstəkləyəcək gücə sahibdir.
 
Və əlbəttə ki, "Sony" telefonlarının ən diqqətçəkən xüsusiyyəti olan su və tozkeçirməzlik funksiyası, bu telefonda daha da möhkəmləndirilib. Beləliklə, "Sony" inanılmaz xüsusiyyətlərə malik olan "Xperia Z3" modeli ilə bazarda yeni bir canlanma yaratmağı bacardı.
 
"Sony" telefonlarının Azərbaycanda rəsmi distribütoru olan "Caspian Mobile" şirkəti yaxınlarda "Xperia Z3" telefonlarının ölkəmizdə satışını təşkil edəcəkdir.
 
 
Alıcılar  bütün mağazalardan "Caspian Mobile" zəmanəti olan, "Xperia Z3" modelini əldə edə və inanılmaz imkanlarından yararlana biləcək.(ictnews)

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO