Kredit kartı borcunu ödəyə bilməyənlərin diqqətinə - VACİB AÇIQLAMA

Kredit kartı borcunu ödəyə bilməyənlərin diqqətinə - VACİB AÇIQLAMA

Hazırda oxunan: Kredit kartı borcunu ödəyə bilməyənlərin diqqətinə - VACİB AÇIQLAMA
637983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kredit kartları gündəlik xərclərin qarşılanmasını asanlaşdırsa da, yaranan borcun hər ay tam şəkildə bağlanmaması istehlakçının maliyyə yükünü tədricən ağırlaşdıra bilər. Xüsusilə gəliri məhdud olan şəxslər üçün kredit borcunun davamlı şəkildə növbəti aya keçirilməsi müəyyən maliyyə riskləri yaradır.

Bəs kredit kartından bu şəkildə istifadə edənləri hansı təhlükələr gözləyir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əsas risk vətəndaşın müəyyən müddətdən sonra kredit ödənişlərini həyata keçirə bilməməsi ilə bağlıdır:

“Əgər vətəndaşın başqa yerdən əlavə gəliri yoxdursa, böyük ehtimalla bir müddətdən sonra krediti, aylıq ödənişi ödəyə bilməyəcək. Bu halda bank məhkəməyə müraciət edə bilər.

Əgər şəxsin əmlakı varsa, həmin əmlaka tutmanın yönəldilməsi mümkündür. Pensiya və ya digər rəsmi gəliri varsa, qanunvericiliyə uyğun olaraq həmin gəlirə də tutma yönəldilə bilər.

Şəxsin ümumiyyətlə əmlakı və gəliri yoxdursa, bu halda faktiki olaraq ondan tutulacaq vəsait olmayacaq. Lakin belə vəziyyət onun gələcəkdə kredit əldə etməsini də çətinləşdirə bilər”.

Beləliklə, kredit kartından gündəlik xərclər üçün davamlı istifadə etmək və yaranan borcu tam bağlamamaq ilkin mərhələdə kiçik görünən öhdəliyin zamanla daha ağır maliyyə probleminə çevrilməsinə səbəb ola bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO