Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:27 / 22.09.2026
Üç gün əvvəl dənizdə batan tələbələrin meyiti TAPILDI
Hazırda oxunan: Üç gün əvvəl dənizdə batan tələbələrin meyiti TAPILDI
Hazırda oxunan: Üç gün əvvəl dənizdə batan tələbələrin meyiti TAPILDI
638011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































