Bu gecə Rusiya Ukraynanın bölgələrinə dronlar və ballistik raketlərlə hücum edib. Nəticədə müəssisələrə və yaşayış binalarına zərbələr dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Belə ki, gecə saat 2 radələrində Ukraynanın bir çox vilayətində ballistik raket təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib. Bundan dərhal sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri raket buraxılışlarını qeydə alıb, Dnepropetrovsk vilayətinin bir neçə şəhərində isə partlayış səsləri eşidilib.
Daha sonra Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Hanja bildirib ki, Rusiya qüvvələri eyni vaxtda vilayətin üç şəhərində – Dnepr, Krivoy Roq və Pavloqradda sənaye müəssisələrinə zərbələr endirib.
Daha sonra o bildirib ki, Rusiya hücumu nəticəsində Dneprdə üç nəfər yaralanıb. Lakin qısa müddət sonra hücum nəticəsində ölənlərin də olduğu məlum olub.
“Rusiya hücumu nəticəsində Dneprdə iki nəfər həlak olub, dörd nəfər yaralanıb. Düşmənin zərbəsi nəticəsində zərər görən müəssisənin dağıntıları altında hələ də insanların olması mümkündür”, – Hanja bildirib.
Sonradan yaralananların sayı altıya çatıb. İki nəfər xəstəxanaya yerləşdirilib. 25 yaşlı kişi ağır vəziyyətdədir.
Bu gecə Kiyev də düşmən PUA-larının hücumuna məruz qalıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Dnepr rayonunda beşmərtəbəli yaşayış binasına zərbə nəticəsində zirzəmidə yanğın baş verib və birinci mərtəbə dağılıb. Xilasedicilər 15 nəfəri təxliyə edib. Dörd nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Çerniqov vilayətində düşmənin hücumu nəticəsində 100 mindən çox abonent elektrik enerjisiz qalıb.
“Qonşu vilayətin enerji obyektinə düşmənin hücumu nəticəsində Koryukov, Novqorod-Severski, Nejinski və Çerniqov rayonlarında təxminən 100 min abonent elektrik enerjisiz qalıb”, – “Çerniqovoblenerqo”nun məlumatında deyilir.
“Bloomberg”in məlumatına görə, Rusiya son bir neçə həftə ərzində Ukraynaya hücum strategiyasını dəyişib və ballistik raketlərin sayını əhəmiyyətli dərəcədə azaldaraq reaktiv dronlardan istifadəyə üstünlük verib. Bu, Moskvanın ən güclü raketlərini qış hücumları üçün topladığını göstərə bilər.
Rusiya ballistik raketləri Ukraynanın infrastrukturuna ən ciddi zərbələrdən birini vurur. Buna görə də Rusiya bu silahların ehtiyatını artırır ki, soyuq mövsümdə – oktyabrın sonu və ya noyabrın əvvəlindən etibarən – onları Ukraynanın enerji və istilik infrastrukturuna qarşı istifadə etsin.




Bizim.Media

- A-
- A
- A+
Dünya
09:47 / 22.09.2026
Rusiya Dnepropetrovsk vilayətinə zərbələr endirib: Ölənlər var - FOTO - VİDEO
Hazırda oxunan: Rusiya Dnepropetrovsk vilayətinə zərbələr endirib: Ölənlər var - FOTO - VİDEO
Hazırda oxunan: Rusiya Dnepropetrovsk vilayətinə zərbələr endirib: Ölənlər var - FOTO - VİDEO
637995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































