Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının Ümumi Müzakirələrində iştirak etmək və müxtəlif görüşlər keçirmək üçün getdiyi ABŞ-ın Nyu-York şəhərində milli basketbolçu Cedi Osmanla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan milli basketbolçunu Ankaraya gələrək onun komandasında oynamağa dəvət edib.
Rəngarəng görüntülər qısa müddətdə böyük marağa səbəb olub.
Türkiyə Evində keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib. Basketbola marağı ilə tanınan Prezident Ərdoğanla Cedi Osman arasındakı söhbət şən anlarla yadda qalıb.
“Ankaraya gələcəksən, mənim komandamda oynayacaqsan. Hidayət Türkoğlunu qarşı komandaya verərik, səni də bizim komandaya götürərik. Ömər Onanı da bəzən qarşı tərəfə veririk”, – Ərdoğan deyib.
Bu dialoq hər iki tərəfin üzündə təbəssüm yaradıb və görüş səmimi söhbət şəraitində başa çatıb.
Bizim.Media































































































