Azərbaycan büdcəsinə ən çox vergi ödəyən 10 ŞİRKƏT

Azərbaycan büdcəsinə ən çox vergi ödəyən 10 ŞİRKƏT

Hazırda oxunan: Azərbaycan büdcəsinə ən çox vergi ödəyən 10 ŞİRKƏT
637944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət və qurumların adları məlum olub. İlk onluqda əsasən neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri yer alıb.

Bizim.Media xəbər verir ki, Dövlət Vergi Xidməti ən çox vergi ödəyən ödəyicilərin statistikasını təqdim edib.

Məlumata görə, ilk 10 vergi ödəyicisinin dövlət büdcəsinə ödədiyi vergilərin ümumi məbləği 4 milyard 786,2 milyon manat təşkil edib. Siyahıda ilk pillədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi qərarlaşıb.

İlk 10-luq belədir:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi

“Tabaterra” MMC

“BP Eksploreyşn (Azərbaycan) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi

“Lukoyl Oversiz Şah Dəniz Ltd.” şirkətinin Bakıdakı nümayəndəliyi

“Turkish Petroleum Overseas Company Ltd” şirkətinin Azərbaycandakı nümayəndəliyi

“Sauf Kokazus Payplayn Kompani Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi

“Naftiran Intertrade Co. (NICO) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi

“BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi

“Azərbaycan (EYSC) Limited” şirkətinin nümayəndəliyi.

Siyahıdan görünür ki, ölkənin ən iri vergi ödəyiciləri arasında neft-qaz sektorunun şirkət və qurumları üstünlük təşkil edir. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO