Əmək müqaviləsiz çalışanlarla bağlı RƏSMİ MƏLUMAT

Əmək müqaviləsiz çalışanlarla bağlı RƏSMİ MƏLUMAT

Hazırda oxunan: Əmək müqaviləsiz çalışanlarla bağlı RƏSMİ MƏLUMAT

637994

Bu il Azərbaycanda 402 nəfərin əmək müqaviləsiz işlədilməsi faktı aşkarlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı 7751 hal aşkar edilib.

Onlardan 402-si əmək müqaviləsinin bağlanmaması, əmək münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlı olub.

"Aşkar olunan qanun pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO