Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq – VİDEO

Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq – VİDEO

Hazırda oxunan: Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq – VİDEO

637985

Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertıfikat tələb olunacaq.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.

Belə məhsulların satışını həyata keçirənlər isə yeni qaydalarla razılaşmır.

Satıcılar bildirirlər ki, ev şəraitində hazırladıqları məhsullar onların əsas gəlir mənbələrindən biridir. Onların sözlərinə görə, nəzarətin sərtləşdirilməsi satış imkanlarını məhdudlaşdıra bilər. Bölgə bazarlarında apardığımız sorğu zamanı məlum oldu ki, satıcılara bununla bağlı artıq xəbərdarlıq da edilib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək.

Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, bu məhsulların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır. 

Daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO