Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Hazırda oxunan: Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO
637958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın 8 Noyabr prospektində çökmüş yol bir müddət əvvəl təmir edilsə də, həmin hissə yenidən çöküb.

Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, sözügedən yolda dəliklər əmələ gəlib, əsas hərəkət hissəsində bir necə yerdən yeni asfalt qatının vurulduğu yerlər də çöküb.
 

Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər. Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.


Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, hazırda sözgedən ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır.

Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO