Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 22.09.2026
SON DƏQİQƏ! Polis əməkdaşlarına silahlı müqavimət: Bir nəfər zərərsizləşdirildi
Hazırda oxunan: SON DƏQİQƏ! Polis əməkdaşlarına silahlı müqavimət: Bir nəfər zərərsizləşdirildi
Hazırda oxunan: SON DƏQİQƏ! Polis əməkdaşlarına silahlı müqavimət: Bir nəfər zərərsizləşdirildi
638030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































