Türkiyənin Manisa vilayətinin Turqutlu rayonundakı peşə-texniki liseyin qarşısında baş verən silahlı hücum nəticəsində ikisi ağır olmaqla 10 şagird yaralanıb.
Bizim.Media xəbər verir ki, hücumu törədən 15 yaşlı H.O. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
*** 09:48
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseyin qarşısında şəxsiyyəti hələ müəyyənləşdirilməyən bir nəfər silahla ətrafa təsadüfi atəş açıb. Hücum nəticəsində şagirdlərin yaralandığı barədə məlumat daxil olub. Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası göndərilib.
Bizim.Media xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Turgutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
Hadisə yerinə çatan ekipajlar ərazidə işə başlayıb. Polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb, tibbi yardım briqadalarının müdaxiləsi isə davam edir.
Hadisənin səbəbi, hücumu törədən şəxsin kimliyi və yaralanan şagirdlərin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Bizim.Media

- A-
- A
- A+
Region
11:02 / 22.09.2026
Türkiyədə liseyə silahlı hücum: 10 şagird yaralandı – YENİLƏNİB/FOTO - VİDEO
Hazırda oxunan: Türkiyədə liseyə silahlı hücum: 10 şagird yaralandı – YENİLƏNİB/FOTO - VİDEO
Hazırda oxunan: Türkiyədə liseyə silahlı hücum: 10 şagird yaralandı – YENİLƏNİB/FOTO - VİDEO
637999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































