Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO

Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO

Hazırda oxunan: Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO
638015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının 5-ci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, Nəbi İsgəndərov (70 kiloqram) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib.

Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib.

Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesablı qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.

Hər 2 görüş sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO - foto 1
Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO - foto 2
Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO - foto 3
Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO - foto 4
Avropa çempionatı: Boksçumuz yarımfinalda – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO