İlqar Məmmədovla Tofiq Yaqubludan xəbər var

İlqar Məmmədovla Tofiq Yaqubludan xəbər var

Hazırda oxunan: İlqar Məmmədovla Tofiq Yaqubludan xəbər var

45617
Mayın 20-də İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov və daha bir neçə nəfərin işindən Şəki Apellyasiya Məhkəməsinə verilmiş şikayətə baxılacaq. “Media forum” saytına açıqlama verən vəkil Nemət Kərimli belə deyib.


Prosesə hakim İnşallah Quliyev sədrlik edəcək.

Şəki Ağır Cinayətlər Məhkəməsi 17 mart hökmü ilə Tofiq Yaqubluya 5 il, REAL hərəkatının sədri İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının istefası tələb olunub. Fevralın 14-də icra başçısı vəzifəsindən azad edilib.

İsmayıllı olaylarına görə 20 nəfər tutulub. İstintaqları ayrıca aparılmış Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO