Yeni ailə quran cütlüklər nişan üzüklərini sol əlin dördüncü barmağına taxmağa vərdiş ediblər. Düzdür, bəzi bölgələrin ənənələrinə görə nişan üzüyü sağ ələ taxılır, buna baxmayaraq yenə də çoxluq sol əlin dördüncü barmağına üstünlük verir. Bu ənənə keçmişdən qalıb və indi də davam etdir. Amerika, Kanada, Yaponiya, Hindistan xa0və Qərbi Avropada evlilik üzükləri kişi və qadınlar tərəfindən sol əlin dördüncü barmağına taxılır. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0
Qədim romalılar bunu sevgi damarı adlandırılan damarla əlaqələndirirlər. Onların dediyinə görə, bu damar sol əlin dördüncü barmağı üzərindən ürəyə doğru gedir. Romada "Vena amoris" adlanan bu damar nişan üzüyünün bu barmağa taxılmasının başlıca səbəbi hesab edilir.
xa0
Xristian ənənələrinə görə isə, gəlinə ata, oğul və müqəddəs ruhu təmsil edən 3 üzük taxılır və bu dördüncü barmaqdakı üzük toydan sonra da boş saxlanılır.
xa0
Çinlilər isə baş barmağın valideynləri, xa0işarət barmağın bacı-qardaşları, orta barmağın özümüzü, dördüncü barmağın həyat yoldaşını, kiçik barmağın isə uşaqları təmsil etdiyinə inanırlar. xa0 xa0 xa0 xa0




































































































