Şirniyyat hazırlayan zaman istifadə etdiyimiz və tropik iqlim qurşağına xas olan kokos meyvəsinin özündən və ovuntularından bir çox xəstəliklərin müalicəsi üçün istifadə etmək olar.
Moderator.az xəbər verir ki, ilk baxışda o qədər də gərəkli görünməyən kokos ovuntuları sidik yandırmasının ən yaxşı dərmanıdır. Həmçinin çox güclü sidikqovucu əhəmiyyəti də var. Bundan əlavə kokos qəbizliyin ən yaxşı dərmanlarından biri hesab edilir.

Əsasən Hindistanda yetişən və hind qozu kimi də tanınan kokos böyrək daşlarının müalicəsində də istifadə olunur.
Bu də hələ son deyil. Sağalması çətin olan Parkinson xəstəliyi üçün də kokos faydalıdır.
Mədə ağrıları, mədədə köp, qastrit kimi ciddi problemlər üçün də mütəxəssislər ilk növbədə kokosu məsləhət görürlər.
Elmin Nuri










































































































