“Tetçer o zaman Qorbaçov barədə demişdi: “Bu kişi ilə işləmək olar”x9d”x9d

“Tetçer o zaman Qorbaçov barədə demişdi: “Bu kişi ilə işləmək olar”x9d”x9d

Hazırda oxunan: “Tetçer o zaman Qorbaçov barədə demişdi: “Bu kişi ilə işləmək olar”x9d”x9d

125354
Bir neçə gündür ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır. 

Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/124795.html

Britaniya təcrübəsi

Bu gün keçmişə nəzər salarkən onu müəyyən edirəm ki, hər hansı bir ölkə, hər hansı bir adam çox zaman heç bir əhəmiyyəti olmayan bir faktla, hadisəylə və ya detalla yadda qalır. Digərlərindən seçilməyə başlayır. Bu zaman onlara münasibətdə yeni baxışla öz təəssüratlarının məhsulu yaddaşa həkk olunur. 

Xüsusilə, Sovet İttifaqının xarici işlər naziri səviyyəsində Böyük Britaniyaya ilk rəsmi səfərimi xatırlayıram. 
Burada bir çox detallar nəzəri cəlb edr: qarşılanma mərasimi, tarixi iqamətgah, dəvətnamə, bələdçi və s. Bunlar azca da olsa, mənim qorxumla əsaslanırdı: təcrübəsiz naziri necə qəbul edəcəklər, mən Avropanın bu tarixi ölkəsində, diplomatiya və demokratiya mərkəzində öz səfərimi necə tamamlayacağam? Siyasi elita və mətbuat necə qəbul edəcək? Sözün qısası, əsəbiləşməli və düşünməli çox şey var idi. Həm də ona görə ki, 20 il ərzində bizim xarici işlər nazirimiz burada olmamışdı. Keçən ilin yaz-yayında isə hər iki tərəf bir-birinin əməkdaşlarını öz dövlətindən qovdu və Böyük Britaniya və Sovet İttifaqı əlaqələri neytral vəziyyət mərhələsində «dondu». Vəziyyətin radikal dəyişməsi tələb olunurdu.

Böyük Britaniya hakimiyyəti bu üçgünlük görüşü səmimi istəklə gözləyirdi. Londonun istəyi bəlli idi: Sovet İttifaqı ilə əlaqələrini isitmək istəyirdi.
Sözün düzünü desəm, mənim öz fikrim var idi. Onları Moskvada olarkən qarşıma məqsəd qoymuşdum. Diplomat onu da bilməlidir ki, hər şey əvvəlcədən dəqiq hesablansa da, istənilən danışıqlarda insan faktoru böyük əhəmiyyətə malikdir və öncədən qurmuş olduğun plan hər an dəyişilə bilər.

İngiltərədə Marqaret Tetçerlə bir, xarici işlər naziri Cefri Hau ilə isə iki görüş, parlamentdə görüşlər, müxalifətlə, sonra isə jurnalistlərlə görüş nəzərdə tutulmuşdu. Qeyd etmək istəyirəm ki, mənim ser Cefri ilə çox səmimi dostluq əlaqələrim yarandı. O, çox kəskin siyasi intuisiyası ilə fərqlənən dövlət xadimi idi.
Xanım Tetçerlə iyunun 14-də görüşdük. O, məni öz rezidensiyasının (Dauninq Strit â„–10) pilləkənlərində qarşıladı. Bu, olduqca qeyri-adi idi. Britaniya mətbuatı bunu xüsusi olaraq qeyd etmişdi: Sovet İttifaqı və Böyük Britaniya əlaqələrinin yaxşılaşmasının kiçik də olsa, nəzərdən yayınmayan bir jestindən istifadə olundu. Mənim bildiyimə görə, adi protokol bu cür jestləri istisna edirdi - o, məni binanın daxilində qarşılamalı idi. 

Düşünürəm ki, ona qədər bu jesti mənim Lord Hau ilə keçirdiyim danışıqların xarakteri və nəticəsi müəyyənləşdirdi. Danışıqlar İngiltərə və Sovet İttifaqı əlaqələrinin çərçivəsindən kənara çıxdı, Şərq və Qərb arasındakı əlaqələrin müxtəlif dərin aspektlərinin müzakirəsinə və analizinə keçdi. 
Yolasalma da qarşılanmanın analoji təkrarı idi: Tetçer aşağıya qədər yola saldı. Küçəyə çıxdı və həyətdə mətbuat konfransı keçirdi. Hava, siyasi və meteoroloji nöqteyi-nəzərdən əla idi. Əsasən, Tetçer danışdı və danışıqları uğurlu hesab etdiyini bildirdi.
Həqiqətən də, siyasi iqlimi dəyişməkdən əlavə, biz üç müqavilə də imzaladıq. Çoxillik soyuq əlaqələrdən sonra bu, çox şey demək idi.
Mən Tetçerlə söhbəti elə oradaca «böyük söhbət» adlandırdım. 

Mən ona Moskvaya rəsmi dəvətlə bağlı Qorbaçovun məktubunu apardım, o, qəbul etdi. «Dəmir ledi» Qorbaçovun bu jestinə ürəkdən sevindi. O, Qorbaçovu 1984-cü ildən tanıyırdı. Qorbaçov o zamanlar Sovet ölkəsinin lideri deyildi. Xanım Tetçer o zaman Qorbaçov barədə demişdi: «Bu kişi ilə işləmək olar».

Cefri Haunu Moskvaya mən dəvət etdim. O, çox razılıqla dəvətimi qəbul etdi.
Marqaret Tetçerlə görüş 2 saatdan artıq davam etdi. Ona qədər, qeyd etdiyim kimi, ser Cefri ilə 3 saatlıq danışığım var idi. Onunla şəhərkənarı Çivninq rezidensiyasında görüşdük. Çivninq, Londondan 40-50 km uzaqlıqda olan Kent qraflığında yerləşir. XVII  əsrə aid əla rezidensiyadır. 1967-1973-cü illərdə mükəmməl şəkildə təmir olunub. Burada böyük kitabxana, ciddi və əhəmiyyətli dövlət işləri görmək üçün insanın əhval-ruhiyyəsini yüksəldən mühit var. Böyük Britaniya öz əzəməti, ənənələri və ambisiyaları ilə burada hiss olunurdu. 
İqtisadi və sənaye əməkdaşlığının beşillik proqramına imza atdıq və dəniz münaqişələrinin qarşısını almaq, maliyyə və mülki iddialar müqaviləsi də imzaladıq. 
Sovet İttifaqı və Amerika arasında Böyük Britaniyanın vasitəçi rolu oynaması da böyük əhəmiyyətə malik idi. «Dəmir ledi»nin burada, həqiqətən də, deyiləsi sözü var idi. Tetçerin mövqeyi əvvəla, mənimlə Şultsun, sonra isə Reyqan-Qorbaçov görüşünü sürətləndirməli idi. Bizim və amerikalıların bir-birilə görüş istəyinə baxmayaraq, ona mane olacaq bir çox amillər var idi. Onların həllində Tetçer əhəmiyyətli rol oynamalı idi. Hər iki tərəf ediləcək işarəni gözləyirdi və xanım Tetçer deyəndə ki, payızda Vaşinqtonda Reyqanla yeni görüş, Cenevrə görüşünün davamı olmalıdır, mən razılıq əlaməti olaraq gülümsədim. Bu, elə gözlədiyim istəklə üst-üstə düşürdü. Təbəssüm də görüşün yüksək səviyyədə baş tutmalı olmasına işarə idi. 

Mənim Londona səfərim zamanı, həqiqətən də, Amerika-Sovet yüksək səviyyəli görüşü ingiltərəlilər üçün qəti prioritet idi. Bu istəkdə dərin həqiqi siyasi maraq təsvir olunurdu ki, onun vasitəsilə London yalnız SSRİ-ABŞ əlaqələrinin yaxşılaşmasını gözləmir, eləcə də öz ittifaq öhdəliklərini yerinə yetirir və bütün bunlarla birgə çoxəsrlik ənənəvi ambisiyasını da təmin edirdi. Dünyada inkişaf edən proseslərdə həlledici təsirə malik olmaq istəyirdi. 
Buna görə də Cefri Hau bildirdi ki, Sovet İttifaqı-Amerika görüşü o zaman yüksək səviyyəli hesab olunardı ki, o, yüksək səviyyəli qərarlar qəbul etmiş olardı. Mən də bu fikirdə idim. Beləliklə, britaniyalılar üçün yüksək nailiyyətli görüş bütün beynəlxalq vəziyyətlərin inkişafı və perspektivi nöqteyi-nəzərindən olduqca əhəmiyyətli idi. Bu isə çox şey demək idi. 
Mən Moskvada «politbüro» qarşısında bəyanat verdim ki, London beynəlxalq əlaqələr sistemində öz yerini fəal olaraq axtarır. Onu da qeyd etdim ki, Marqaret Tetçer və Cefri Hau, eləcə də müxalifət liderləri bizim Fransa və Almaniya Federativ Respublikası ilə əlaqələrimizin inkişafını bir növ şübhə ilə izləyirlər. Bizə Londondan, həqiqətən də, işarə etdilər: İngiltərə şübhəsiz, tərəfdaş ola bilər, amma bizim əlaqələrimiz stabilləşərsə, ona əsaslanmaq olardı. 
Görünür, İngiltərə ilə bizim əlaqələrimizin bütöv kompleksinə ciddi və diqqətli münasibət bəsləmək tələb olunurdu. Bizimkilərə dedim: «Biz çox şey itiririk və bu gün Sovet İttifaqının inkişafı barədə sözləri konkret işlərlə möhkəmləndirmirik».

Xanım Tetçerlə başqa müxtəlif məsələləri də - insan hüquqlarını, silahlanmaya nəzarəti, kimyəvi silahın qadağasını, ortamənzilli raketləri, Əfqanıstanı, Çernobılı müzakirə etdik”¦ Baş nazir bizim beynəlxalq terrorizmə qarşı müharibədə əməkdaşlıq yolları, eləcə də Sovet və britaniyalı ekspertlərin işgüzar görüşü barədə təklifimizi elə onda qəbul etdi. 
Tetçer və Hauyla görüş göstərdi ki, Britaniya ABŞ-ın sədaqətli dostudur, amma yuxarıda qeyd etdiyim kimi, onlar heç də bütün məsələlərdə razılaşa bilmirdilər. İngiltərə çox vaxt öz dövlət maraqlarına uyğun hərəkət edirdi. Xarici işlər naziri də, baş nazir də - hər ikisi bunu mənə hiss etdirdilər. Mənim Böyük Britaniyaya səfərim də bu nöqteyi-nəzərdən ədalətli hesab oluna bilərdi. 

Danışıqlardan sonra Tetçer soruşdu: «Britaniya parlamentində olmuşdun?» Olmamışdım. - Sabah səhər parlamentdə görüşüm var. Əgər «Sual-cavab»da iştirak etsəniz, sizin üçün maraqlı olar. Növbəti günün səhəri getdim. «Sual-cavab» başlayandan 10 dəqiqə əvvəl baş nazir, indiki baronessa Marqaret Tetçer gəldi.
Bu mənzərə mənim üçün böyük təsirə malik idi. 25 sual verildi. Deputat durur və soruşur. Tetçer bir dəqiqəlik cavab verir və onunla əlaqəsini bitirir. Davamsız polemika bizdə olduğu kimi deyildi. Dəqiq sual və qısa cavab var. Görüş təxminən 20 dəqiqə davam etdi. Bu, həqiqətən də başqa cür siyasi keyfiyyətə malik - çoxları üçün nümunəvi bir mədəniyyət idi. Yalnız Rusiyanı və Gürcüstanı nəzərdə tutmuram. Deputatlar vacib və dəqiq suallarla çıxış edir, eləcə də dəqiq cavablar alırlar. Təsiredici cavablar idi. 
Tetçer geniş fikri bir neçə cümlə ilə ifadə etməyi və məsələni həll etməyi bacaran şəxsiyyətdir. Bu cür təsirə malik «deputat-baş nazir» görüşü ilk dəfə görürdüm.

İngiltərə ilə danışıqlar yaponların və fransızların Sovet İttifaqına gəlişindən sonra baş tutdu. İngiltərədən sonra bir həftə ərzində Moskvaya Genşer səfər etdi. Bu səfər ümumi mənzərə yaradırdı. Biz yalnız Amerika ilə danışıqlar aparmırdıq. Bizim xarici siyasət meydanı və spektri əhəmiyyətli şəkildə böyüyürdü. Buna görə də bizim və bizim partnyorların bir-birinə təzyiqləri də artırdı. Bu isə çox şey demək idi. Bu, artıq yeni dünya siyasəti ilə yeni dünya demək idi. Sovet İttifaqı isə bu yeni dünya siyasətinin real oyunçusu idi. 
Mənim Londona birinci səfərim zamanı «gördüyüm və öyrəndiyim» bu idi.

Böyük Britaniyaya sonralar da getdim, amma Gürcüstan prezidenti kimi. Con Meycor ev sahibliyi edirdi. Mənə Londonun «Vaynpolis»inin «Çaxır şəhər»inə səyahət etməyi o, məsləhət gördü. Bu gəzinti, həqiqətən də, xoş təəssürat bağışladı: «Şəhər»in girişində Gürcüstan çaxır beşiyi kimi, vətən kimi göstərilib. Orada insan ilk dəfə yabanı üzüm ağacını əhliləşdirib, üzüm sıxıb, çaxır düzəldib və dini-mədəni simvola çevirib. Sonra isə gürcü və xarici alimlər də təsdiq etdilər ki, bu formul həqiqətəuyğundur. 

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO