Şəbnəm Tovuzlu: “Damla rəqibim deyil” - VİDEO

Şəbnəm Tovuzlu: “Damla rəqibim deyil” - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Damla rəqibim deyil” - VİDEO

92510

 “Artıq Damla rəqibim deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib. 

Sənətçi nəyinki Damlanı, hətta bir çox həmkarlarını özünə rəqib görmədiyini açıqlayıb. 

“Bu gün mənə rəqib olacaq insan görmürəm. İki-üç il bundan əvvəl Damlanı özümə rəqib görürdüm. O, sənətdə rəqibim idi. Amma artıq deyil. Çünki o, bizim oxuduğumuz janrda mahnılar ifa etmir. Janrını dəyişib”. 

Qeyd edək ki, illər əvvəl Şəbnəm Tovuzlu ilə Damla (Məsumə Məmmədova) arasında verilişlərin birində pərdəarxası qalmaqal yaşanmışdı.

Bundan sonra Damla bir çox telekanallarda yayımlanan verilişlərə qarşı tərəflə birgə efirə çıxmamaq tələbini irəli sürmüşdü. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO