Vəkillə dava edən müğənni Ayşə:

Vəkillə dava edən müğənni Ayşə: "Röyanı, Türkanı, Aqşini sənətə mən gətirmişəm" - VİDEO

Hazırda oxunan: Vəkillə dava edən müğənni Ayşə: "Röyanı, Türkanı, Aqşini sənətə mən gətirmişəm" - VİDEO

84607

"On milyon xalqın qarşısında etiraf edirəm ki, meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, Röya Ayxan və Türkan Vəlizadəni sənətə mən gətirmişəm. Türkanın valideyinlərinə evi mən tikdirmişəm. Yaxşı edib, adlarını çəkirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri bir zamanlar varlı, indi isə müflüsləşən və yardım üçün "Elgiz izlə" ictimai-sosial verilişə pənah gətirən müğənni Ayşə deyib.

Onun sözlərinə görə, bir çox müğənnilərə zamanında tanınmaq üçün əl açıb, köməklik etsə də, indi maddi vəziyyətinin pis olduğu vaxtda heç kim ona yardım əlini uzatmaq istəmir.

Çarəsiz vəziyyətdə olduğunu açıqlayan Ayşə bundan sonra sözügedən verilişə bir daha çıxmayacağını açıqlayıb.

"Köməklik göstərdiyim müğənnilər mənim yardımımı danırlarsa, heç kimin pulunu istəmirəm. Onlar indi məni saymırlar. Allah bilər, özləri bilər. Qürurumu Allahın qarşısında əyirəm. Heç kimdən qoxrmuram, çünki düzəm. Elgiz bəy (verilişin aparıcısı Elgiz Əkbər) bir tək sizə can borcluyam. Xəstə yatdım, yeməyə-içməyə heç nəyim olmadı, Elgiz sağ olsun, mənə çox kömək etdi.

Gözümü bu veriliş sayəsində müalicə etdirdim. Amma mənim yedizdirib-içizdirdiklərim, əllərindən tutduqlarım bu ağır vəziyyətimdə məndən üz çevirdilər. Bundan sonra mən artıq efirə gəlməyəcəyəm".
Qeyd edək ki, ötən gün sözügedən proqramda Ayşə ilə ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb. “İnsanların sənə borcu var? İnsanları belə ələbaxan öyrətmək olmaz. Bu verilişdə xəstə uşaqlara yardım edilir. Get işlə, sən də pul qazan” deyə Ş.Nağıyeva sərt şəkildə etiraz edib. Bundan sonra tərəflər arasında gərginlik pik həddə çatıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO