"Elgizlə izlə"də DAVA - VİDEO

Hazırda oxunan: "Elgizlə izlə"də DAVA - VİDEO

84453

"Elgizlə izlə" ictimai-sosial verilişində qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, sözügedən proqrama yardım üçün pənah gətirən Ayşə adlı qadınla ekspert kimi çıxış edən vəkil Şəfiqə Nağıyeva arasında dava düşüb.

İllər əvvəl maddi vəziyyətinin yaxşı olduğunu söyləyən qadın sənət insanlarına hər zaman dəstək durduğunu, lakin müflis olduqdan sonra kömək üçün ağız açdığı məşhurlardan rədd cavabı aldığını açıqlayıb.  
Ayşənin bu çıxışına “İşləmək lazımdır. Elə işdə çalışmalısan ki, bacardığın iş olsun. İnsanların sənə borcu var? İnsanları belə ələbaxan öyrətmək olmaz. Bu verilişdə xəstə uşaqlara yardım edilir. Get işlə, sən də pul qazan” deyə Ş.Nağıyeva sərt şəkildə etiraz edib.

“Siz düz danışmırsız. İnsanları müzakirə edəndə düz müzakirə edin. Halım yoxdur, danışa bilmirəm. Nə istəyirsən camaatdan? Bu danışanlara Allah mənim həyatımı yaşatsın. Bir insana əl tutmursan. Səndən yardım istədim? Yardımı millətimdən, Elgizdən istəyirəm. Milyonçu həyatı yaşayırsan. Əl çək, camaatdan. Siz kimə əl tutmusunuz? Heç kimə yardım etməmisiniz" deyə Ayşə özündən çıxıb.

Bundan sonra tərəflər arasında mübahisə daha da alovlanıb. Dərhal onların mikrofonu söndürülüb.

Verilişin aparıcısı Elgiz Əkbər hər iki tərəfi sakitləşdirsə də, Şəfiqə Nağıyevanın sözləri Ayşənin boğazından keçməyib. Onlar bir-birini canlı efirdə ifadələri ilə iynələyiblər. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO