Alla Puqaçova İsraildə ağır əməliyyat keçirdi - FOTO

Alla Puqaçova İsraildə ağır əməliyyat keçirdi - FOTO

Hazırda oxunan: Alla Puqaçova İsraildə ağır əməliyyat keçirdi - FOTO

84441

İsrailə köçən və ətrafında söz-söhbətlər bitməyən keçmiş SSRİ Xalq artisti Alla Puqaçovanın ağır əməliyyat keçirməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, sənətçi arıqlamaq üçün mədəsini kəsdirib.

Rusiyalı cərrah Mariyat Muxinanın “Komsomolskya pravda” qəzetinə verdiyi açıqlamasına görə, 73 yaşlı Alla Puqaçovanın mədəsinə tikiş qoyulub. 

Puqaçova xeyli arıqlayıb və qocalıb. Üzü qırışlarla örtülüb.  

“Alla dəri elastikliyindən əziyyət çəkir, estrogenin azalması səbəbindən praktiki olaraq heç bir hormonal dəstək almır. Tez-tez dərinin dartılmasına əl atmamaq üçün Primadonna müxtəlif mənşəli dermal dolduruculardan çoxlu miqdarda istifadə edib. İndi onlar əriməyə başlayıb və bu, həmişə bərabər baş vermir. Alla Borisovna dəridəki bu pozuntuları bir nöqtə ilə doldurmalıdır” deyə ekspertlər bildirib.  

Qeyd edək ki, Rusiyanın Ukrayna ilə başladığı müharibə ərəfəsində bir çox rus sənətçilərinin ölkələrini tərk etməsi cəmiyyətdə birmənalı qarşılanmayəb.

Alla Puqaçovanın əri, yumorist Maksim Qalkin və uşaqları ilə birgə xaricə getməsi isə xoşaqəlməz və tənqid dolu müzakirələrə yol açıb. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO