Zeynəb ailə qurmamasından danışdı: "Əxlaqsızlıq etmirəm ki,..." - VİDEO

Hazırda oxunan: Zeynəb ailə qurmamasından danışdı: "Əxlaqsızlıq etmirəm ki,..." - VİDEO

81424

"Ərə getmək istəmirəm, bunu ağlımdan çıxartmışam".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu "Tarixin Bir Günü" günorta şousunda deyib.

Sənətçi ailə qurmamağının səbəblərindən söz açıb. O bildirib ki, onunla evlənmək istəyən bəylərin əksəriyyəti bu sənətdən uzaqlaşmasını istəyirlər.

"Sevgi həmin an yaşadığım bir şeydir. 10 gün uzaq qalım, unuduram. Ailə qurası olsam gərək sənətimi atım. Çünki çoxları o şərti qoyur ki, oxumayım. Bəs mən necə işləyim, ailəmə baxım? Sənin də qazancın mənim ailə üzvlərimə yetməyəcək. Heç bizim ikimizə yetməz. Onda gərək ailəmə üz çevirim, atım gedim. 
İstəyərəm ki, ailə quranda qadağalar qoyulmasın. Çünki bilir ki, qazancım oxumaqdan çıxır. Əxlaqsızlıq etmirəm ki, məni bu sənətdə görmüsənsə, istəyirsənsə, qəbul et".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO