Natavan Nadirlə Fatiməyə OD PÜSKÜRDÜ - \

Natavan Nadirlə Fatiməyə OD PÜSKÜRDÜ - \"Qudurmayın!\"

Hazırda oxunan: Natavan Nadirlə Fatiməyə OD PÜSKÜRDÜ - \"Qudurmayın!\"

72652

"Mənə əziz olmayan şou əhli, sözüm sizlərədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisinə qatılmaq istəmədiklərim, özünüzə hörmət qoyun".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nadir oğlunun toyuna gəlməyən Natavandan incidi: “Yaşın 40-a çatır…”


Sənətçi onun haqda neqativ danışan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyevaya nota yollayıb.   

"Kamera qarşısında şirə dönməyin, tanıyırıq hamınızı. Mənim efirə çıxmağımın ilk səbəbi elə siz olacaqsınız. Sizi tanımayanlara sizi tanıdacağam. Maskalarınızı çıxardın! Haqqımı, haqqınızı istədiyim yerdə haqqıma girdiniz. Allah ağıl versin. Sizə elə bu da azdır.

Sizi adam, insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Qulluqçu, kloun vəziyyətində. Özünüz özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Öz haqqınızı tapdaladınız, bizə qarşı çıxmaqla. Nə gündəsiniz?". 
Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və repçi Elşad Xose verilişlərə çıxmaq üçün qonorar tələb ediblər. Bir müddət əvvəl Fatimə Fətəliyeva onlara "Siz əlçatmaz deyilsiniz" sözlərini ünvanlayıb.  

Nadir Qafarzadə isə qatıldığı “7 özəl” verilişində "Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır" kimi ifadələr işlədib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO