
- A-
- A
- A+
Tanınmış rusiyalı aktrisa Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya kinosunun tanınmış simalarından olan, RSFSR-in xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Aktrisanın vəfat etdiyini qızı, aktrisa Mariya Şukşina sosial şəbəkə hesabında açıqlayıb.
“Anam Lidiya vəfat etdi. Sizdən dualarınızı xahiş edirəm, əziz və mehriban insanlar”, – deyə o yazıb.
Rusiya mətbuatının məlumatına görə, Fedoseyeva-Şukşina oktyabrın 14-də səhhətində yaranan problemlər, xüsusilə ürəyindəki narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Son günlərdə onun vəziyyətinin ağır olduğu, reanimasiya şöbəsində müalicə aldığı bildirilirdi.
Aktrisa sovet kinosunun yadda qalan ekran əsərlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, xüsusilə rejissor və aktyor Vasili Şukşinin filmlərində yaratdığı obrazlarla tanınıb.
Onun iştirakı ilə çəkilən məşhur filmlər arasında “Qırmızı kalina” (“Калина красная”), “Peçki-lavoçki” (“Печки-лавочки”), “12 stul” (“12 стульев”), “Vam i ne snilos” (“Вам и не снилось…”) və “Onlar Vətən uğrunda vuruşurdular” (“Они сражались за Родину”) ekran əsərləri var.
1984-cü ildə Lidiya Fedoseyeva-Şukşinaya RSFSR-in xalq artisti fəxri adı verilib. Onun kino karyerası ərzində 100-dən çox ekran işində rol aldığı bildirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































