
- A-
- A
- A+
8 min il əvvəl yaşamış insanların ən sevdiyi meyvə məlum oldu
Türkiyədə arxeoloji qazıntılar zamanı təxminən 8 min il əvvələ aid əncir qalıqları aşkarlanıb.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, tapıntılar Balıkəsir bölgəsindəki Andık mağarasında üzə çıxarılıb.
Aparılan analizlər əncir qalıqlarının eramızdan əvvəl 6300-cü ilə aid olduğunu göstərib.
Arxeoloqların sözlərinə görə, kömürləşmiş vəziyyətdə qorunub saxlanılan əncirlər bir yerdə toplanmış halda tapılıb. Bu isə qədim insanların həmin meyvəni qida kimi istifadə etməklə yanaşı, ehtiyat üçün də saxladıqlarını göstərir.
Qazıntılar zamanı arpa, buğda, keramik qablar, sümük və daş alətlər də aşkarlanıb.
Mütəxəssislər tapıntının bölgənin qədim əkinçilik və qidalanma tarixinə dair mühüm məlumatlar verdiyini bildiriblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































