Məşhurların əsl adları - Kim hansı adla doğulub?

Məşhurların əsl adları - Kim hansı adla doğulub?

Hazırda oxunan: Məşhurların əsl adları - Kim hansı adla doğulub?
646470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyaca məşhur aktyor və müğənnilərin bir çoxu əsl adları ilə deyil, sonradan seçdikləri səhnə adları ilə tanınır. 

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Hollivudda səhnə adlarının seçilməsi uzun illərdir mövcud olan ənənələrdən biridir.

Məsələn, ikiqat “Oskar” mükafatçısı Emma Stone əslində Emily Jean Stone adını daşıyır. 2024-cü ildə Kann Film Festivalında jurnalist ona Emily deyə müraciət etdikdə aktrisa gülümsəyərək əsl adının bu olduğunu söyləyib. Aktrisa əvvəlcə Riley adını seçməyi düşünsə də, sonradan müğənni Emma Buntonun şərəfinə Emma adında qərarlaşıb.
 

Hollivudun digər məşhurlarının da əsl adları maraq doğurur. Belə ki, Michael Keatonun əsl adı Michael John Douglasdır. O, eyni adlı məşhur aktyor Michael Douglas olduğu üçün başqa soyad seçib. Natalie Portman Qüdsdə Neta-Lee Hershlag adı ilə doğulub. Portman soyadı nənəsinin qızlıq soyadıdır.


Nicolas Cagenın əsl adı Nicolas Kim Coppoladır. Məşhur rejissor Frensis Ford Koppola ilə qohumluq əlaqəsinin kölgəsində qalmaq istəmədiyi üçün soyadını dəyişib. Jamie Foxx Eric Marlon Bishop adı ilə dünyaya gəlib. Komediya çıxışlarında bu addan istifadə etmək qərarına gəlib. Əsl adı Carlos Irwin Estévez olan Charlie Sheen Ramón Estévez adı ilə doğulub, lakin aktyorluq karyerasında səhnə adından istifadə edib. Jackie Chan Honkonqda Chan Kong-sang adı ilə doğulub. Avstraliyada işlədiyi vaxt həmkarları onun adını tələffüz etməkdə çətinlik çəkdikləri üçün ona Jackie deyiblər.

Türkiyə kinosunda da bu ənənənin maraqlı nümunələri var.

“Taçsız Kral” ləqəbi ilə tanınan Ayhan Işıkın əsl soyadı Işıyan olub. O, aktyorluq müsabiqəsində uğur qazandıqdan sonra soyadını dəyişərək Işık adını götürüb. Türk kinosunun əfsanəvi simalarından Cüneyt Arkının doğum adı Fahrettin Cüreklibatır olub. Aktyor kinoya başladığı dövrdə ekran üçün daha uyğun hesab etdiyi yeni ad və soyad seçib.
 

Rejissor və aktyor Tarık Akanın əsl adı isə Tahsin Tarık Üregüldür. O, 1970-ci ildə “Ses” jurnalının aktyorluq müsabiqəsində qalib gəldikdən sonra səhnə adını dəyişib. Maraqlıdır ki, aktyorun oğlu Barış Üregülün sözlərinə görə, atası ona da “Artıq Akan soyadından istifadə et” deyib.


Türkiyənin “Mahnı kraliçası” Sezen Aksu da əsl adı ilə tanınmayan məşhurlardandır. O, Fatma Sezen Yıldırım adı ilə dünyaya gəlib. 1975-ci ildə ilk valını Sezen Seley adı ilə təqdim etsə də, daha sonra həyat yoldaşının soyadı olan Aksunu götürüb və boşandıqdan sonra da bu soyadı saxlamağa davam edib.

Milyonların “Müslüm Baba” kimi tanıdığı Müslüm Gürsesin əsl adı isə Müslüm Akbaş olub. O, Adanada keçirilən musiqi müsabiqəsindən sonra Gürses soyadından istifadə etməyə başlayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO