
- A-
- A
- A+
Fransada lisey yandırıldı: 1000-dən çox şagird təxliyə edildi - Video
Fransanın Lion şəhərində etirazçılar Eduar Errio liseyinin giriş qapısını yandırıblar.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 1000-dən çox şagird təxliyə edilib, səkkiz nəfər saxlanılıb. Bu barədə region prefekturası “X” sosial şəbəkəsində məlumat yayıb.
Qurum baş verənləri “yolverilməz zorakılıq aktı” kimi qiymətləndirib.
Qeyd edək ki, Fransada etirazlar tələbələrin məktəblərin maliyyələşdirilməsinin azlığı və müəllim çatışmazlığına qarşı aksiyaları ilə başlayıb. Sonradan qiymət artımından narazı olan şəxslər də aksiyalara qoşulublar.
Etirazlar kütləvi iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Noyabrın 5-dək etirazçılar Fransada 81 liseyin fəaliyyətini bloklayıblar. Hakimiyyət orqanları asayişin qorunması üçün 70 min polis əməkdaşını səfərbər edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































