Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto

Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto

Hazırda oxunan: Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto
646465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.

Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var.
 

Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.


Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.

Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.

Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.

Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 1
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 2
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 3
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 4
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 5
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 6
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - Foto - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO