Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı

Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı

Hazırda oxunan: Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı
646479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətinin kəskin şəkildə ağırlaşması səbəbindən Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Bizim.Media Modern.az-a istinadla xəbər verir ki, bu barədə Milli Qəhrəmanın döyüşçü yoldaşları bildiriblər.

Xatırladaq ki, Ehtiram Əliyev əvvəlcə - 18 oktyabr tarixində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmiş, orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulmuşdu. Daha sonra onun müalicəsi bu xəstəxananın Terapiya şöbəsində davam etdirilmişdi.
 

Lakin vəziyyəti daha da pisləşdiyi, kəskin çəki itirdiyi və davamlı qanaxması olduğu üçün noyabrın əvvəlində müalicəsini davam etdirmək məqsədilə Milli Onkologiya Mərkəzinə köçürülüb.


Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texnikumunu və "Təfəkkür" Universitetini bitirib.

1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir. Bir qızı, iki oğlu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO