Mask: “Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək”

Mask: “Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək”

Hazırda oxunan: Mask: “Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək”
646446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq.

Bizim.Media xəbər verir ki, o, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib.
 

Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.


Sahibkar qeyd edib ki, belə bir inkişaf Yer kürəsinin iqtisadi sistemini köklü şəkildə dəyişdirəcək. Onun fikrincə, gələcəkdə ənənəvi pul sistemi öz əhəmiyyətini itirə, valyutanın dəyəri isə kütlə və enerji kimi fiziki göstəricilərlə ölçülə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO