General-mayor olan hərbçilər kimlərdir? - Dosye

General-mayor olan hərbçilər kimlərdir? - Dosye

Hazırda oxunan: General-mayor olan hərbçilər kimlərdir? - Dosye
646501
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir general-mayora general-leytenant, 3 polkovnikə isə general-mayor rütbəsi verilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar


Bizim.Media general-mayor rütbəsi verilən hərbçilərlə bağlı bəzi məlumatları təqdim edir:

General-mayor rütbəsi alan Elnur Əli oğlu Ələsgərli hərbi idarəetmə və milli təhlükəsizlik sahəsində fəaliyyəti ilə diqqət çəkir. O, 21 iyun 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinə təyin edilib.

General-mayor rütbəsi verilən polkovnik Telman Əsgər oğlu Hüseynov Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır. 2024-cü ildə Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.

General-mayor rütbəsinə layiq görülən polkovnik Hikmət Rövşən oğlu Əliyev də Vətən müharibəsi iştirakçısıdır. O, “Vətən uğrunda” medalı ilə təltif edilib. 
 

Qeyd edək ki, sözügedən Sərəncamla general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur.


Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında  təyyarəçilərə öndərlik edib.

7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO