
- A-
- A
- A+
Şəxsi avtomobillə yük daşıyanlara xəbərdarlıq: cəriməsi nə qədərdir?
Bəzən iri həcmli əşyaların daşınması zamanı uyğun nəqliyyat vasitəsi tapmadıqda və yaxud əlavə xərc çəkməmək üçün sürücülər şəxsi avtomobillərindən istifadə etməyə üstünlük verirlər.
Amma düşünmürlər ki, xəsislik etdiyi o pul mütləq ondan çıxacaq.
Çünki daşınan əşyanın avtomobilin salonuna və ya yük yerinə yerləşməməsi səbəbindən qapıların açıq vəziyyətdə saxlanılması yollarda ciddi təhlükə yarada bilər. Bu cür məsuliyyətsiz davranış təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün risk deməkdir.
Qanunvericilik belə hallara görə qaydaları pozan sürücülər üçün cərimələr nəzərdə tutub.
Qapıları açıq şəkildə hərəkətə başlama, yaxud hərəkətdə ikən qapını açmaya görə 40 manat müəyyənləşdirilib.
Qanun İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.1.1-ci maddəsinə əsasən təyin olunur.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































