SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto

SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto

Hazırda oxunan: SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto
646437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 6-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Technologies” şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvari ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə SOCAR ilə “Honeywell Technologies” arasında əməkdaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə olunub, enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən rəqəmsal transformasiya, avtomatlaşdırma və dayanıqlılıq sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Söhbət zamanı SOCAR tərəfindən əməliyyatların rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Tərəflər sənayenin avtomatlaşdırılması, enerji keçidi, əməliyyat təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə SOCAR tarixində ilk dəfə olmaqla, “Honeywell Technologies” ilə SOCAR arasında Qlobal Çərçivə Sazişi imzalanıb.

SOCAR-ın ölkədaxili və beynəlxalq aktivlərini əhatə edən yeni yanaşmanı özündə əks etdirən Saziş proqram təminatı və müvafiq texnoloji həllər də daxil olmaqla, məhsul və xidmətlərin gələcək təchizatı üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir.

SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto - foto 1
SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto - foto 2
SOCAR tarixində ilk: “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalandı - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO