
- A-
- A
- A+
“Dedim ki, at hər şeyi, gəl qayıdaq”
Xalq artisti Məleykə Əsədova magistratura təhsili almaq üçün Çinə yollanan qızı Gülərdən ayrılmağın onun üçün çox çətin olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Qonaqcanlı" verilişində danışan sənətçi hətta qızına təhsilini yarımçıq qoyub geri qayıtmağı da təklif etdiyini bildirib.
"İstəməzdim qızımdan ayrı qalım. O da çox çətin oldu. Universitetə girəndə söz vermişdim ki, magistraturanı xaricdə oxuyacaqsan. Mən söz vermişəmsə, həmişə arxasında durmuşam. Övladlara heç vaxt yalandan vəd vermək olmaz.
O mənada çətin də olsa, getdik. Amma ayrılanda gördüm ki, ağlayır, mən də ağlayırdım. Təbii ki, bir-birimizdən ilk dəfə idi ki, bu qədər müddət ayrı qalacaqdıq. Dedim ki, "Qızım, at hər şeyi, gəl qayıdaq". Hər şeyi artıq həll etmişdik. Cavab verdi ki, “Yox, nə danışırsan? Mən oxumalıyam, zəif qız deyiləm axı”. (axsam.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































