İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto

İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto

Hazırda oxunan: İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto
646500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, “Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.
 

Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.


Burada ildə 10 min ton zeytun (və ya 2 min ton yağ) istehsalı planlaşdırılır. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.

Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu (3690 metr) təmir olunub, inzibati və texniki zonalar yaradılıb. On hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi, meteostansiya yaradılıb.

Dövlətimizin başçısına ölkəmizdə qoz istehsalı sənayesi barədə də məlumat verildi. Azərbaycana qoz idxalının əvəzlənməsi və ixracyönümlü qoz istehsalı sənayesinin yaradılması məqsədilə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz növləri yetişdirilən bağların salınması artıq yekunlaşmaq üzrədir.
 

Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. MMC tərəfindən bu müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton qoz olan qurğular alınaraq istismara verilib.


Toplanmış qoz məhsulu əsasən daxili bazarda satılmaqla yanaşı, xarici bazarlara da (Türkiyə, Gürcüstan, Rusiya, İtaliya) ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.

Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyevə “Acınohur Zeytun vadisi” layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verildi.

Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkdi.

İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 1
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 2
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 3
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 4
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 5
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 6
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 7
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 8
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 9
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 10
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 11
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO