
- A-
- A
- A+
Hindistanlı milyarder 1,8 milyon dollarlıq broşu ilə diqqət çəkdi - FOTO/VİDEO
Hindistanın ən varlı adamının həyat yoldaşı, 63 yaşlı Nita Ambani, kitablar, ünsiyyət və qastronomiya mövzularına həsr olunmuş "Kitabxana"nın açılışında yenidəm diqqət mərkəzinə düşüb. Tədbir üçün o, məşhur zərgərlik sənətçisi Uolles Çanın dizayn etdiyi "Uçan Ruh" broşunu seçib.
Bizim.Media "The Indian Express" qəzetinə istinadən xəbər verir ki, Çan bu incə əşyanı hazırlamaq üçün 10 ilini sərf edib.
Broş 17,67 karatlıq tsavorit qranatı, sarı və bəzəkli rəngli brilyant, yaqut, çəhrayı sapfir və titanla bəzədilib. Onun hazırkı bazar dəyəri 1,5 milyon ilə 1,8 milyon dollar arasında qiymətləndirilir.
Uolles Çanın rəsmi veb saytına görə, zinyət əşyası xəyalları təcəssüm etdirir, zamanın daşıyıcısı və ölçülərin sonsuzluğunun simvoludur.
Nita Ambani broşunu taxaraq, onu incə krujeva detalları olan zərif bej rəngli şalvar-kostyumuna sancmışdı. Saçlarını boş qoymuş, yumşaq dalğalarla tərtib etmiş və şəxsi kolleksiyasından olan brilyant zərgərlik əşyaları ilə görünüşünü daha da gözəlləşdirmişdi.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































