Cahangirbəyli sakini: “Nəvələrim xahiş etdi ki, Prezidentlə şəkil çəkdirim” - Video

Cahangirbəyli sakini: “Nəvələrim xahiş etdi ki, Prezidentlə şəkil çəkdirim” - Video

Hazırda oxunan: Cahangirbəyli sakini: “Nəvələrim xahiş etdi ki, Prezidentlə şəkil çəkdirim” - Video
646431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq”.

Bizim.Media xəbər verir ki, bunu Zəngilan rayonunun Cahangirbəyli  kənd sakini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərə görüşü zamanı deyib.

Prezident İlham Əliyev: Burada yaşamısınız?

Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?

Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.

Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?

Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53”üm var idi.

Prezident İlham Əliyev: İndi burada yenə sürücü?

Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.

Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?

Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO