Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto

Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto

Hazırda oxunan: Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto
646508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir.

Bizim.Media Report-a istinadən xəbər verir ki, tədbirdə 100-ə yaxın dövlət və özəl təşkilat iştirak edir.

Ağdaşla yanaşı ölkənin digər bölgələrindən olan fermerlər də öz məhsullarını nümayiş etdirirlər. İştirakçılar müxtəlif heyva sortlarını, bu meyvədən hazırlanan mürəbbə və şirniyyatları, milli mətbəx nümunələrini, həmçinin əl işlərini və digər məhsullarını təqdim edirlər.
 

Festivalda xüsusilə xalçaçılıq və digər sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olur. Tədbirə yerli sakinlərlə yanaşı, müxtəlif bölgələrdən gələn qonaqlar və turistlər də qatılıblar.


 Festivalın əsas məqsədi Ağdaşın heyvaçılıq ənənələrini tanıtmaq, yerli istehsalçıların əməyini təşviq etmək, onların məhsullarının satış imkanlarını genişləndirmək və milli-mədəni irsi təbliğ etməkdir.

Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto - foto 1
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto - foto 2
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto - foto 3
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir - Foto - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO