
- A-
- A
- A+
Sevgilisinə üzük hazırlamaq üçün aylarla çaylarda qızıl axtardı, gündəm oldu - Video
ABŞ-nin Kolorado ştatının sakini hazır üzük almaq əvəzinə, nişanlısına hədiyyə edəcəyi zinət əşyası üçün qızılı özü əldə etməyə qərar verib. O, sevgilisinə sürpriz hazırlamaq məqsədilə aylarla dağ çaylarında qızıl yuyub.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Uit-Ric şəhərində yaşayan Cek Vulkani sevgilisi Coannaya evlilik təklifi etmək üçün qeyri-adi üsula əl atıb. O, gələcək nişan üzüyünü özünün tapdığı qızıldan hazırlatmaq istəyib.
Cek aylarla dağ çaylarına gedərək çay qumunu yuyub və bu planını sevgilisindən gizli saxlayıb. Lazımi miqdarda qızıl topladıqdan sonra onu yerli zərgər Zak Allenə təqdim edib. Zərgər isə həmin qızıldan xüsusi üzük hazırlayıb.
Evlilik təklifi cütlüyün birgə yürüşü zamanı baş tutub. Cek telefonunda çay kənarında qızıl axtarışı prosesini əks etdirən videoları nümayiş etdirib. Əvvəlcə Coanna görüntülərin nə üçün ona göstərildiyini anlamayıb, lakin bir müddət sonra sevgilisinin niyyətini başa düşərək kövrəlib.
“Videolara baxırdım və düşünürdüm ki, bu, çox şirindir, amma niyə məhz indi mənə bunları göstərir? Sonra videonun ortalarında hər şeyi anladım və ağlamağa başladım. Bu, həqiqətən də xüsusi bir an idi”, – deyə Coanna bildirib. Hazırda cütlük toy mərasiminə hazırlaşır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































