Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Hazırda oxunan: Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab
646473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan müdafiə qabiliyyətini gücləndirməlidir, lakin qonşuları ilə münasibətləri yalnız müharibə gözləntisi üzərində qurmamalıdır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Dünya Erməni Sammiti zamanı iştirakçılardan birinin Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışdıqları haqda sualı cavablandırarkən deyib.

O bildirib ki, yeni müharibələrin qarşısını almaq və dövlətçiliyi qorumaq üçün Türkiyə və Azərbaycanla sülhə çalışmaq lazımdır.

Simonyan “Əvvəlcə Ermənistan güclənməlidir, sonra qonşularla normal münasibətlər qurmalıdır, çünki indi qurmağa çalışdığı münasibətlər güzəşt kimi qəbul edilir” fikrinə qarşı da çıxıb.

 

“Kim sizə dedi ki, türklər və ya azərbaycanlılar oturub, bizim böyüyüb Böyük Erməni dövləti qurmağımızı və onlara hücum etməyimizi gözləyəcək? Ümumiyyətlə, niyə bu məntiqlə düşünməliyik?” - deyə o vurğulayıb.


Eyni zamanda, Simonyan Ermənistanın güclü bir orduya ehtiyacı olduğunu qeyd edib. Bununla belə, o, təkcə güclü ordunun təhlükəsizliyi təmin etmək üçün kifayət etdiyinə şübhə etdiyini bildirib.

O, həmçinin Ermənistanın təhlükəsizliyinin ilk növbədə Rusiyadan və onun hərbi dəstəyindən asılı olduğu fikrini tənqid edib. Simonyanın sözlərinə görə, Rusiyanın himayəsi olmadan Türkiyənin mütləq Ermənistana hücum edəcəyi iddiaları doğru deyil:

“Əgər türklər hücum etmək istəsələr, güclənməyə vaxtımız olmayacaq, ümumiyyətlə, heç nə etməyə vaxtımız olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO