
- A-
- A
- A+
Yeni Ceyms Bond kim olacaq?
Dünya kinosunun ən məşhur casus obrazı Ceyms Bondun yeni ifaçısının kim olacağı ilə bağlı müzakirələr davam edir.
Bizim.Media “Variety” nəşrinə istinadən xəbər verir ki, bu dəfə Hollivudun tanınmış aktyorları Robert Pattinson və Nicholas Houltun da sınaq çəkilişlərində iştirak etdiyi məlum olub.
Hər iki aktyor yeni Bond obrazı üçün nəzərdən keçirilən namizədlər arasındadır.
Robert Pattinson daha əvvəl “Twilight”, “Harry Potter” və “The Batman” layihələrində, Nicholas Hoult isə “X-Men” filmlərində və “Superman” ekran əsərindəki rolları ilə tanınıb.
Yeni Bond filminin rejissoru Denis Villeneuve olacaq. Ssenari üzərində isə “Peaky Blinders” serialının yaradıcısı Steven Knight çalışır. Mətbuatda namizəd kimi digər aktyorların da adı çəkilir.
Qeyd edək ki, Ceyms Bond obrazını sonuncu dəfə 15 il ərzində Daniel Craig canlandırıb. Yeni ifaçı ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































